Britaniya səfiri Azərbaycanı tərk edir
Səfir Kerol Krofts Azərbaycanda həyata keçirdiyi diplomatik fəaliyyətindən məmnunluqla bəhs edərək diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Ardınca K.Krofts, Azərbaycan ilə ölkəsi arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlığın və xüsusi münasibətlərin əhəmiyyətini vurğulayıb.
Söhbət əsnasında Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı mərhələsi ilə bağlı Səfir Kerol Kroftsu məlumatlandırıb.
Tərəflər arasında, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov səfir Kerol Kroftsun ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Azvision.az
Teqlər: XİN Məmmədyarov Britaniya Səfir