Danimarkalı idmançı Bakıda təcili yardım çağırdı

Danimarkalı idmançı Bakıda təcili yardım çağırdı
  26 İyul 2019    Oxunub:2084
Ötən gün (25 iyul) XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına 4 müraciət daxil olub.

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, müraciət edənlərdən biri 16 yaşlı danimarkalı idmançı sağ budun travması diaqnozu ilə Heydər Əliyev adına İdman Sarayından 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb:
"İdmançıya lazımı yardım göstərildikdən sonra buraxılıb. Digər müraciət edənlər yarışlar keçirilən ərazidə xidmət aparan əməkdaşlar olub. Onlardan ikisi baş ağrısından, biri isə arterial təzyiqin artmasından şikayətlənib. Müraciət edən polis əməkdaşlarına həkimlər yerində yardım göstəriblər".

Aytən Zəhra
Azvision.az



Teqlər: SN   Olimpiya  





Xəbər lenti