Milli Qəhrəman "Fred Asif"in doğum günüdür

Milli Qəhrəman "Fred Asif"in doğum günüdür
  26 İyul 2019    Oxunub:2260
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) doğum günüdür.
Azvision.az xəbər verir ki, Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb.

1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub. 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub.

Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də müharibədə aldığı yaraların nəticəsində dünyasını dəyişib. Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn edilib.

Bakının küçələrindən biri onun adını daşıyır.

Azvision.az


Teqlər: MilliQəhrəman   FredAsif  





Xəbər lenti