Bu gün 3 rayonda qaz olmayacaq

Bu gün 3 rayonda qaz olmayacaq
  26 İyul 2019    Oxunub:1261
Bir neçə rayonun təbii qaz təchizatı dayandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, İsmayıllı rayonu ərazisində aşkar olunan təbii qaz sızmalarının ləğvi və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bu gün saat 09:00-dan 18:00-dək rayon mərkəzi və 28 kənddə qaz təchizatı dayandırılıb. Saat 10:00-dan isə qaz xətlərində müəyyən quraşdırma işləri, şəbəkəyə birləşdirmə və qaz sızmalarının aradan qaldırılması məqsədilə Göyçay rayonunda 19 yaşayış məntəqəsi, Şəmkirdə isə 1 qəsəbə və 7 kənddə qaz təchizatı dayandırılacaq.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti