Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanılıb

   Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanılıb
  26 İyul 2019    Oxunub:1183
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 24 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: Cinayət   Axtarış   DİN  





Xəbər lenti