İyul ayının 25 günündə borclu şəxs qismində axtarışda olan 168 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən xəbər verir ki, bu müddətdə mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 43 nəfər saxlanılıb.