İran gəmisi Lənkəranda qəzaya uğradı - FHN və DSX köməyə getdi

 İran gəmisi Lənkəranda qəzaya uğradı -  FHN və DSX köməyə getdi
  26 İyul 2019    Oxunub:3379
Bu gün saat 14:10-da İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dənzi Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.
Dövlət Dəniz Agentliyinidən Azvision.az -a verilən məlumata görə, qərargah tərəfindən FHN-nin 2 helikopteri və Dövlət Sərhəd Xidmətnin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. Xilasetmə əməliyyatları həyata keçirilir.

Azvision.az


Teqlər: Dəniz   Gəmi   Qəza  





Xəbər lenti