Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər dənizinin, Astara rayonu sahillərindən 30 km dənizə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin qəzaya uğraması barədə məlumat daxil olub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə Nazirliyin Aviasiya Dəstəsinin iki helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.