Dövlət Sərhəd Xidmətindən
Azvision.az -a verilən məlumata görə, düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqa-mətdə hərəkətdə olan “Kamaz” markalı hərbi yük maşını atəşə tutulmuş, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib. Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.
Azvision.az