Kür çayında suyun səviyyəsi 6 santimetr artıb

Kür çayında suyun səviyyəsi 6 santimetr artıb
  27 İyul 2019    Oxunub:1761
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla olmaqla 40-80 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və normadan çox olmaqla 90-110 faizini təşkil edir.
Departamentdən Azvision.az -a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 40 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 26 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 29 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 33 faizinə bərabərdir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 38 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 54 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 318 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 41 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 6 santimetr artıb və 81 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi dəyişməyərək 159 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalaraq 17 santimetr olub.

Azvision.az


Teqlər: ETSN   Kür   Çay  





Xəbər lenti