FHN rəhbərliyi vətəndaşlarla görüşdü

FHN rəhbərliyi vətəndaşlarla görüşdü
  27 İyul 2019    Oxunub:1453
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam rayonunun sakinlərinin, həmçinin bu rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Fövqəladə Hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan əlavə, Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev Ağcabədi şəhərində Ağcabədi rayonunun, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev isə Beyləqan şəhərində Beyləqan rayonunun sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Azvision.az




Teqlər: FHN   Qəbul  





Xəbər lenti