İtkin düşən pilotun qohumları nazirlə görüşüblər - FOTO

 İtkin düşən pilotun qohumları nazirlə görüşüblər -  FOTO
  27 İyul 2019    Oxunub:5574
Qəzaya uğramış hərbi təyyarənin pilotunun ailə üzvləri və yaxınları təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında Müdafiə naziri ilə görüşüblər.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, görüş zamanı pilotumuzun yaxınları “Təki, Vətən sağ olsun! Övladımızın xidməti ilə şərəf duyuruq!” deyərək, göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.





Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Pilot   Təyyar  





Xəbər lenti