FHN əməkdaşlarının maaşı ilə bağlı qərar
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərara əsasən Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar tələb olunan vəsaitlərin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
Qərarda Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə müvafiq qərar qəbul etməsi tövsiyə edilib.
Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, bu Qərarda nəzərdə tutulmuş artımla əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyində xidmət etmiş hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların və onların ailə üzvlərinin əmək pensiyalarının qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hesablanmasını və "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etsin.
Azvision.az
Teqlər: FHN Baş-Nazir Maaş Qərar