Bakıda Novruz karnavalı keçirilə bilər - Qeyri-adi layihə

  Bakıda Novruz karnavalı keçirilə bilər -  Qeyri-adi layihə
  29 İyul 2019    Oxunub:2878
Paytaxt Bakıda Novruz karnavalı təşkil oluna bilər.

Bunu Azvision.az -a açıqlamasında Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov deyib. Onun sözlərinə görə, Bakı Turizm İnformasiya Mərkəzi paytaxtda Novruz bayramının daha fərqli formada qeyd edilməsi üçün yeni layihə üzərində iş aparır.
"Hazırda yeni layihələr üzərində iş aparılır. Layihələrin çoxu hələ təsdiqlənməyib. Amma düşünürəm ki, 2020-ci ilin sonunadək hər kəs yeni layihələrin şahidi olacaq. Həmin layihələrdən biri Novruz karnavalının keçirilməsi ilə bağlıdır. Planlaşdırılır ki, karnavalda Bakının mərkəzi küçələrində milli personajlarımız iştirak etsinlər. Bizim düşündüyümüz layihə qeyri-adidir. Elə etmək istəyirik ki, həmin karnavalada iştirak edən turistlər yenidən Bakıya qayıtmaq və bu bayram tədbirində iştirak etmək barədə fikirləşsinlər”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Novruz   Karnaval   Bayram  





Xəbər lenti