Astarada narkotik əkən və cibgir tutuldu

Astarada narkotik əkən və cibgir tutuldu
  29 İyul 2019    Oxunub:1812
Astara rayonu Hamuşam kənd sakini Ş.Əşrəfov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Maşxan kəndi ərazisində sahəlikdə olarkən əynindən çıxarıb yerə qoyduğu pencəyinin cibindən 612 manat pulun oğurlandığı barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq faktını rayonun Hamuşam kənd sakini, əvvəllər məhkum olunmuş İkrəm Mahmudovun törətdiyi müəyyən edilib və o saxlanılıb. Oğurladığı 612 manat götürülərək sahibinə qaytarılırb.



Astara RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbirləri nəticəsində şəhər sakini E. Babayevin yaşadığı evin həyətyanı sahəsindən ümumi çəkisi 3 kiloqram olan 7 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.



Azvision.az


Teqlər: Narkotik   Oğurluq   Astara  





Xəbər lenti