1770 abunəçi qazsız qaldı - Xətlər zədələnib

1770 abunəçi qazsız qaldı -  Xətlər zədələnib
  29 İyul 2019    Oxunub:1984
İyulun 28-də qazıntı işləri aparan şirkətlərin səhlənkarlığı nəticəsində Azərbaycanın 2 bölgəsinin təbii qazla təchizatında məhdudiyyət yaranıb.
"Azəriqaz" İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, Mingəçevir şəhərinin “Günəşli Bağ” yaşayış massivinin qaz təchizatı üçün nəzərdə tutulan diametri 160 mm olan polietilen xətti ərazidə işləyən şirkət işçiləri qırıblar. Buna görə də 1300 abunəçinin qaz təminatı dayandırılıb.

Lənkəran rayonunda isə yol tikinti şirkəti təmir zamanı diametri 110 mm olan qaz xəttini zədələyib. Nəticədə Parakənd kəndində ümumilikdə 470 abunəçi qazsız qalıb.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti