Əmisi oğlunun maşınını qaçırıb qəza törətdi - FOTO
Şöbə əməkdaşları tərəfində həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətin avtomobil sahibinin əmisi oğlu əvvəllər məhkum olunmuş Elməddin Şahıyev tərəfindən törədildiyi müəyyən edilib. Həmin şəxs Lerik Rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsinin 6-cı tağımının əməkdaşları tərəfindən qaçırdığı avtomobillə birgə Qaradağ rayonunda saxlanılıb. Saxlanılan şəxs qaçırdığı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsi ilə qəza da törədib.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Azvision.az