Bakıda qatar taksini vurdu: İki nəfərin vəziyyəti ağırdır - (Yenilənib)

  Bakıda qatar taksini vurdu: İki nəfərin vəziyyəti ağırdır -  (Yenilənib)
  29 İyul 2019    Oxunub:4482
Bakının Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, saat 12:44-də təcili yardıma çağırış daxil olub.
"Hadisə yerinə 5 briqada gedib. 22 yaşlı qızda kəllə beyin travması, yuxarı ətrafların sınığı aşkar edilib. 20 yaşlı oğlan isə qapalı kəllə beyin travması alıb. Vəziyyətləri ağırdır, 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar. Digər xəsarət alan şəxs 38 yaşlı kişidir. Onda sol qolun sıyrılmış yarasıdır. Hadisə yerində yardım edilib, 33 yaşlı kişi isə sol çiynin və sol baldırın travması alıb, ona da yerində yardım edilib. Hospitalizasiyadan imtina ediblər",- deyə nazirliyin məlumatında qeyd edilib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qatar   Taksi  





Xəbər lenti