Xırdalanda təmir avtobusların işini çətinləşdirdi

Xırdalanda təmir avtobusların işini çətinləşdirdi
  01 Avqust 2019    Oxunub:1884
Xırdalan şəhəri Heydər Əliyev prospektində gedəcək təmir tikinti işləri ilə əlaqədar bu gündən prospektdə hərəkət birtərəfli təmin olunmaqla məhdudlaşdırılıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 517, 592, 596 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik edilməyəcək. Ancaq pik saatlarda sıxlıq olarsa, nəqliyyat vasitələri Mehdi Hüseynzadə küçəsi ilə hərəkət edərək Xırdalan dairəsinə daxil ola biləcəklər.

Müvəqqəti məhdudlaşdırılma bir neçə gün davam edə bilər.

Azvision.az


Teqlər: DANX   Xırdalan  





Xəbər lenti