Yer kürəsi və bütün canlılar məhv olacaq - Alimdən ilginc iddia

  17 Avqust 2019    Oxunub : 2766
 Yer kürəsi və bütün canlılar məhv olacaq - Alimdən ilginc iddia
Yer planeti 150 milyon ildən sonra məhv ola bilər.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Kosmik Agentliyi rəhbərinin müşaviri Edvard Kuznetsov deyib. O bildirib ki, həmin dövrə qədər dünyada həyat olmayacaq.
“Heç nə əbədi deyil. Buna görə Yer üçün də son gələcək. Təxminən 150 milyon ildən sonra Yer planetində insanlar və canlı təbiət məhv olacaq”.

E.Kuznetsovun fikrincə, palentin məhvindən sonra yeni qalaktika yaranacaq. Bu isə 4 milyard ildən sonra baş verəcək. Bununla belə, alim insanları inandırmağa çalışır ki, yaxın gələcəkdə heç bir kataklizm olmayacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Yer   Planet   Kainat