Dövlət Agentliyinin sədri hərbi formada - FOTOLAR

  06 Sentyabr 2019    Oxunub : 37269
Dövlət Agentliyinin sədri hərbi formada - FOTOLAR
“Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinin ikinci günü Füzuli rayonunda davam edir.

Azvision.az xəbər verir ki, düşərgə iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Birlik komandiri, general-mayor Mayis Bərxudarov, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani və digər qonaqlar iştirak ediblər.

"ASAN Xidmət"in rəhbəri Ülvi Mehdiyev ilk dəfə düşərgəyə hərbi formada qatılıb. Onun bu addımı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

















Anar Kəlbiyev
FOTO: Şahin Sərdarov

Azvision.az

Teqlər: ASAN-Xidmət   Ülvi-Mehdiyev   Hərbiyyə   Düşərgə