Dörd cəbhədə müharibə var - VİDEOBLOQ

  07 Sentyabr 2019    Oxunub : 6280
 Dörd cəbhədə müharibə var - VİDEOBLOQ
İllərdir ki, müxalifət düşərgəsində daxili çəkişmələr gedir. Söz davası, intriqalar səngimək bilmir. Siyasi mübarizədən kənar düşən narazılar qalmaqallarla şou-biznes əhlindən heç nə ilə fərqlənmirlər. Gah AXCP Müsavatla qarşıdurmaya çıxır, gah da Milli Şura İlqar Məmmədovun ReAL partiyası ilə...
Diqqətdən yayınmayan məqam odur ki, özünü partiya rəhbərindən dah çox blogger kimi aparan Əli Kərimli bütün bu qırğınlarda qızışdırıcı tərəf rolunda çıxış edir.

Bu dəfə onun virtual döyüşdəki rəqibi xaricdə mənzillənən müxalifətçi Qurban Məmmədovdur. Qurşaqdan aşağı ifadələrin havada uçuşduğu "döyüş"ə xaricdəki radikallar, eləcə də separatçı Əlikram Hümbətovun adamları qoşulublar. Əslində nə baş verir? Məmmədov-Kərimli duelindən kim qalib ayrılacaq?

Azvision.az -ın əməkdaşı Bəxtiyar Məmmədov növbəti videobloqunda bu məsələnin qaranlıq tərəflərinə toxunub.

Sözügedən videobloqu sizlərə təqdim edirik:




Teqlər: Müxalifət   Radikal