Rusiyada 20 milyon insan işsiz qala bilər

   Rusiyada 20 milyon insan işsiz qala bilər
  10 Sentyabr 2019    Oxunub:2070
2030-cu ilədək Rusiyada işləyən vətəndaşların 45.5 faizi ixtisara düşə bilər.

Azvision.az xəbər verir ki, bu barədə “İzvestia” qəzeti “RANXiQS”in araşdırmasına istinadən məlumat yayıb. Bildirilib ki, bir çox işçilər ya əmək bazarını tərk etməli, ya da yenidən təhsil almalı olacaqlar. Üstəlik, bu, yalnız rəsmi qaydada işləyənlərə aiddir.
Tədqiqat müəlliflərinin fikrincə, rəqəmsallaşma və avtomatlaşdırma 20,1 milyon insana təsir edəcək. Belə ki, söhbət robotların insanları əvəz etməsindən gedir.

Mütəxəssislər hesab edirlər ki, otel və restoran biznesindəki işlərin çoxunu robotlara həvalə etmək olar. Nəticədə, bu sahədə işləyənlərin 73%-i işsiz qalacaq. Tərtib olunan siyahıda istehsal (60%), kənd təsərrüfatı və meşə təsərrüfatı (58%), pərakəndə satış (53%) və mədənçilik də (51%) yer alıb.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: Rusiya   Robot  





Xəbər lenti