Tovuzda keçmiş məhkəmə sədri qətlə yetirildi - VİDEO+FOTOLAR

  13 Sentyabr 2019    Oxunub : 4633
 Tovuzda keçmiş məhkəmə sədri qətlə yetirildi - VİDEO+FOTOLAR
Tovuz rayonunda silahlı insident baş verib.

Azvision.az -ın məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Belə ki, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu tərəfindən güllələnib.
F.Ələkbərli xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.



Qeyd edək ki, Firudin Ələkbərli Tovuz rayon Məhkəməsinin sabiq sədri olub. O, fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə 1995-ci ilin mayında vəzifəsindən kənarlaşdırılıb və hakim səlahiyyətlərindən vaxtından əvvəl məhrum edilib.

Mərhum insanlar arasında özünü vəkil kimi təqdim etsə də, Vəkillər Kollegiyasının üzvü olmayıb. Məhkəmələrdə nümayəndə kimi təmsil olunub.







Azvision.az

Teqlər: Tovuz   Güllələnmə