Emin Hüseynov: “Əhalinin böyük hissəsi islahatları dəstəkləyir”

Azvision.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda Azərbaycanın Birinci Vitse-prezidentinin köməkçisi Emin Hüseynov deyib.
E.Hüseynov vurğulayıb ki, aparılan islahatları insanların maddi durumuna müsbət təsir göstərir: “2015-ci ildə neft qiymətlərinin əhəmiyyətli dərəcədə düşməsi nəticəsində ölkədə ikiqat devalivasiya baş verdikdən sona əhalinin real gəlirləri azalmışdı. 2016-cı ildə infilyasiya iki rəqəmli səviyyədə idi, 2017-ci ildə də bu tendensiya davam etdi. Amma buna baxmayaraq hökumət çox konservativ fiskal siyasət yürütdü bu illərdə. Əsas məqsəd makriqtisadi sabitliyin bərpa olunması idi. Sözsüz ki, bu hədəfə nail olundu. Artıq 2019-cu ildə biz infilyasiyanın çox aşağı səviyyəsini müşahidə edirik. Real əmək haqqılarının artım tempi infilyasiyanı iki-üç dəfə üstələyir. Digər tərəfdən insanların gəlirləri artıdıqca bu, biznes üçün gəlir mənbəyidir ki, bu da növbəti dövürlərdə də iqtisadi artıma müəyyən təkan ""verəcək effektə malik olacaq".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: EminHüseynov