Bakıda iki yeniyetməni maşın vurub, biri ölüb

Bakıda iki yeniyetməni maşın vurub, biri ölüb
  05 Dekabr 2019    Oxunub:2131
Dekabrın 5-də saat 00:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində “Ford” markalı 99-ST-479 dövlət qeydiyyat nişanlı avtomobillə iki nəfər piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətdən Azvision.az -a verilən məlumata görə, qəza nəticəsində 2001-ci il təvəllüdlü Əliyar Süleymanov hadisə yerində dünyasını dəyişib, digər piyada - 2004-cü il təvəllüdlü İsmayıl Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İlkin araşdırma zamanı müəyyən edilib ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə yuxarıda adları qeyd olunan şəxslərin avtomobillərin intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu piyadalar üçün nəzərdən tutulmayan yerdən keçməyə cəhd göstərmələri səbəb olub:

“Təəssüf ki, yolun işıqlandırılmasına baxmayaraq, piyadalar tərəfindən hava şəraitinin və yolda müəyyən edilmiş yüksək sürət həddinin nəzərə alınmaması növbəti dəfə faciəyə yol açıb. Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək, onları sözügedən yol-nəqliyyat hadisənin baş vermə səbəblərindən düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə, ən əsası həm özlərinin, həm də doğmalarının həyatına biganə qalmamağa çağırır”, - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: DİN   Piyada  





Xəbər lenti