“Mnatsakanyan Helsinki Yekun Aktını bir daha oxusun” - Məmmədyarov

“Mnatsakanyan Helsinki Yekun Aktını bir daha oxusun” -  Məmmədyarov
  05 Dekabr 2019    Oxunub:2102
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyini Bratislavada ATƏT-in Nazirlər Şurasına təqdim edib və siz artıq həmin bəyanatla tanışsınız”.

Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.
XİN başçısı bildirib: “Biz Azərbaycanın mövqeyini əks etdirən bəyanatı təqdim etmişik. Bu mövqe dəyişməyib, eynidir. Erməni həmkarımın çıxışından sonra işim daha asandır. Mnatsakanyana məsləhətim budur ki, Helsinki Yekun Aktını bir daha oxusun”, - deyə Məmmədyarov vurğulayıb.

Nazir, həmçinin ATƏT regionundakı münaqişələrin həllinin vacibliyini vurğulayan bütün çıxışçılara təşəkkür edib.


Pərvanə Sultanova

Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti