Onun sözlərinə görə, havanın orta temperaturu çoxilik normadan 3-4 dərəcə yuxarı olub. Bu ay ən yüksək temperatur dekabrın 24-də 15,4 dərəcə olub ki, bu da iqlim normasından 6,2 dərəcə yüksəkdir: "Bununla yanaşı, son 20 ildə 2003-cü ilin 18 dekabr tarıxındə 22,5 dərəcə qeydə alınıb ki, bu da rekord göstəricidir. Çoxillik norma ilə müqayisədə yağıntının miqdarı az olub. Əksər rayonlarda yağıntının miqdarı aylıq normanın cəmi 6-54 faizini təşkil edib. Yalnız Abşeron yarımadasında yağıntının miqdarı iqlim normasına yaxın - 76-115%.olub".
Aytən Zəhra
Azvision.az