5882 qadın bələdiyyə üzvü seçilib - RƏSMİ
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, qadınların sayı ümumi qalib gələn namizədlərin 38,81%-ni təşkil edib. Seçilən kişilərin sayı 9272 nəfərdir. Əvvəlki seçkilərlə müqayisədə bu, Azərbaycan tarixində ilk belə göstəricidir.
Qeyd edək ki, 2014-cü ildəki bələdiyyə seçkilərində qalib olan qadınların sayı 35 faiz olub.
Aytən Zəhra
Azvision.az