Ermənistanda “Sorosçular” diplomatik korpusu ələ keçirir

Ermənistanda “Sorosçular” diplomatik korpusu ələ keçirir
  29 May 2020    Oxunub:3413
Ermənistanın diplomatik korpuslarında yaxın günlərdə dəyişikliklər olacaq.
Azvision.az xəbər verir ki, bu barədə “Past” nəşri yazıb.

Nəşrin əldə etdiyi məlumata görə, bu sahəyə “Sorosçular” xüsusi diqqət yetirirlər. Onlar böyük əhəmiyyətə malik ölkələrdəki səfirlərin vəzifələrinə göz dikiblər. Söhbət Rusiya, Fransa və bir sıra başqa ölkələrdən gedir.

“Lakin “Sorosçular” bu məsələdə birbaşa baş nazir və ya xarici işlər nazirinə müraciət etmək niyyətində deyillər. Onlar ardıcıl olaraq səfirləri ictimaiyyətdə gözdən salmağa çalışıb və vəzifələrindən azad olunduqda öz hazır namizədlərini təqdim etməyi planlaşdırırlar.

Beləliklə, tezliklə bir neçə səfirə qarşı anti-təşviqat kampaniyası başlayacaq. Yeri gəlmişkən, söhbət dolaşır ki, bu dairələr həqiqətən də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Ermənistanın Rusiyadakı səfiri vəzifəsində görmək istəyir. Başqa bir məqam sonuncunun buna nə dərəcədə maraq göstərməsidir ”- deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Soros   Səfir  





Xəbər lenti