Ən çox ölüm göstəricisi olan ölkə açıqlandı

Ən çox ölüm göstəricisi olan ölkə açıqlandı
  29 May 2020    Oxunub:4798
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quttereş Yəməndə COVID-19-dan ən yüksək ölüm nisbətinin qeydə alındığını bildirib.

Azvision.az xəbər verir ki, Baş katib təkcə Aden şəhərində virusa yoluxanların 70 faizinin öldüyünü deyib. Ancaq ölkə üzrə yeni növ koronavirusdan ölüm 17 faiz olaraq qiymətləndirilir.
Quterreş beynəlxalq ictimaiyyəti Yəmənə lazımi kömək və maddi yardım göstərməyə çağırıb.

"Ümid edirəm ki, beynəlxalq ictimaiyyət bu müraciətimdən sonra öz dəstəyini göstərəcək”,- deyə Quttereş əlavə edib.

BMT-nin humanitar məsələlər üzrə nümayəndəsi Yens Lerk Yəməndəki vəziyyəti kritik qiymətləndirib və deyib ki, virusa görə Yəməndən daha çox zərər çəkən ölkə yoxdur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   BMT  





Xəbər lenti