Rusiyanın Baş Naziri MDB ölkələrinə təkliflər verdi

Rusiyanın Baş Naziri MDB ölkələrinə təkliflər verdi
  29 May 2020    Oxunub:3319
MDB ölkələri qlobal enerji bazarlarındakı asılılıq səviyyəsini azaltmalıdır.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Baş Naziri Mixail Mişustin MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında deyib.

“Əminəm ki, bütün MDB ölkələri qlobal enerji bazarlarından asılılığını azaltmalıdır. Neft qiymətlərinin kəskin aşağı düşməsi iqtisadiyyatlarımızın bir çox sahələrinə təsir göstərdi", - deyə Mişustin vurğulayıb.

Onun sözlərinə görə, mövcud şəraitdə birlik ölkələri arasında ticarət-iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir.

"Bu vəzifələr MDB-nin 2030-cu ilədək iqtisadi inkişaf strategiyasının layihəsində öz əksini tapıb. Bu, ölkələrimizin iqtisadi mövqelərinin möhkəmləndirilməsinə, malların rəqabət qabiliyyətinin artırılmasına, sənaye sektorlarının və xidmətlərin inkişafına yönəlib. Ən əsası, birlik ölkələrinin vətəndaşlarının rifah halının yaxşılaşdırılmasıdır", - Mişustin əlavə edib.

Rusiyanın Baş Naziri, həmçinin qeyd edib ki, bugünkü çətin iqtisadi şəraitdə strategiyanın qəbulu MDB ölkələrinin ortaq maraqlarına söykənir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   MDB  





Xəbər lenti