Türkiyədə bir gündə koronavirusdan 28 nəfər öldü

Türkiyədə bir gündə koronavirusdan 28 nəfər öldü
  30 May 2020    Oxunub:4783
Türkiyədə son sutka ərzində 28 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1141 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4489, yoluxanlar isə 162 120 nəfərə çatıb.

İndiyədək 125 963 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti