39 miqrantın ölümünə görə “Keçəl Hersoq” tutuldu

 39 miqrantın ölümünə görə “Keçəl Hersoq” tutuldu
  30 May 2020    Oxunub:3577
Almaniya hüquq mühafizə orqanlarının əməkdaşları qeyri-leqal immiqrasiyanın təşkilində şübhəli bilinən şəxsi saxlayıb. O, ötən ilin payızında Böyük Britaniyada yük avtomobilində ölü tapılan 39 vyetnamlı miqrantı qanunsuz yolla bu ölkəyə gətirməkdə şübhəli bilinir.
Azvision.az xəbər verir ki, bu barədə “Agency France Presse” məlumat yayıb.

Qeyd olunub ki, “Keçəl Hersoq” ləqəbli 29 yaşlı şəxs Fransanın verdiyi Avropa həbs qərarı əsasında çərşənbə günü tutulub. Onun milliyyəti barədə məlumat verilmir.

Xatırladaq ki, ötən ilin oktyabrın 23-də Böyük Britaniya polisi yük avtomobilində 39 nəfərin cəsədini aşkarlayıb.

Belə ki, avtomobildəki 31 kişi və 8 qadın donaraq ölüb. Cəsədlərin aşkarlandığı soyuducuda temperatur mənfi 25 dərəcə olub. Araşdırmalar nəticəsində ölənlərin Vyetnam vətəndaşları olduqları müəyyənləşib.

Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti