ABŞ-da etirazçılar atəşə tutuldu - 40 nəfər saxlanıldı

ABŞ-da etirazçılar atəşə tutuldu -  40 nəfər saxlanıldı
  30 May 2020    Oxunub:4030
ABŞ-ın Detroyt şəhərində etiraz aksiyası zamanı 1 nəfər həlak olub, 40-dan çox insan saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Detroit News” qəzetinə yerli polisinin rəhbəri Ceyms Kreyq məlumat verib.

Onun sözlərinə görə, naməlum şəxslər etirazçılara avtomobildən atəş açıblar və nəticədə 1 nəfər ölüb. Atəş açan şəxslərin polis olmadığı bildirilib.

Qeyd edək ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ilə başlayan etirazlar ölkə üzrə iğtişaşlarla nəticələnib.

Azvision.az


Teqlər: ABŞ   Detroit   Etiraz  





Xəbər lenti