Minneapolisdə vəziyyət gərgin olaraq qalır

 Minneapolisdə vəziyyət gərgin olaraq qalır
  30 May 2020    Oxunub:3211
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində etirazçılara qarşı gözyaşardıcı qazlardan istifadə edilir.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Milli Qvardiya Minneapolisdəki beşinci polis bölməsi ərazisində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaza əl atıb. Bununla da insanları başqa bir yanğın obyektinə çevrilə biləcək yanacaqdoldurma məntəqəsindən uzaqlaşdırıblar.

Buna qədər isə "Wells Fargo" bankının filialı və bir poçt şöbəsi daxil olmaqla, polis bölməsinin yerləşdiyi ərazidə azı üç bina yandırılıb.

Polis insanları aksiyanı dayandırmağa və qanuna tabe olmağa çağırıb. Onlardan bəziləri hadisə yerini tərk edib, digərləri polislərin olduğu istiqamətdə partlayıcı maddələr atıblar.

Qeyd edək ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ilə başlayan etirazlar ölkə üzrə iğtişaşlarla nəticələnib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Etiraz  





Xəbər lenti