Merkel Trampın dəvətindən imtina etdi

  30 May 2020    Oxunub : 2665
 Merkel Trampın dəvətindən imtina etdi
Almaniya kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın G7 sammitinə qatılmaq dəvətini qəbul etməyib.
Azvision.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

"Federal kansler prezident Trampa iyunun sonunda Vaşinqtonda baş tutacaq G7 sammitinə dəvət etdiyinə görə təşəkkür edir. Bu gün pandemiya ilə əlaqədar ümumi vəziyyəti nəzərə alaraq, onun Vaşinqtona getməsinə və sammitdə şəxsən iştirakına razı ola bilməz. O, əlbəttə, pandemiyanın inkişafını izləməyə davam edəcək",-deyə Almaniya hökumətinin sözçüsü Steffen Seibert bildirib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ABŞ   Almaniya