“Taliban” 70-dən çox əfqan hərbçini azad edib

“Taliban” 70-dən çox əfqan hərbçini azad edib
  30 May 2020    Oxunub:2621
“Taliban” hərəkatı 70-dən çox əfqan əsirini sərbəst buraxdığını elan edib.
Azvision.az xəbər verir ki, bu barədə "Tolo News" kanalı hərəkatın Qətərdə yerləşən siyasi ofisinin rəsmi nümayəndəsi Süheyl Şahinə istinadən məlumat yayıb.

S.Şahinin sözlərinə görə, "Taliban" ümumilikdə 420 əfqan hərbçini azadlığa buraxılıb.

Qeyd edək ki, bu ilin əvvəlində ABŞ-ın "Taliban"la bağladığı müqaviləyə əsasən, Əfqanıstan hakimiyyəti 5000-ə qədər məhbusu sərbəst buraxmalı, qarşı tərəf isə öz növbəsində əsir götürülmüş 1000-ə yaxın təhlükəsizlik xidməti əməkdaşını azad etməlidir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti