İranda koronavirusa yoluxanların sayı 150 mini keçdi

   İranda koronavirusa yoluxanların sayı 150 mini keçdi
  31 May 2020    Oxunub:2456
İranda son sutka ərzində koronavirusa 2516 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 151 466 nəfərdir. Koronavirus qurbanlarının sayı 63 nəfər artaraq 7797-yə çatıb. İndiyədək 118 848 xəstə sağalıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti