Belarusda yoluxma sayı 42 556-ya çatdı

Belarusda yoluxma sayı 42 556-ya çatdı
  31 May 2020    Oxunub:2540
Belarusda son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 898 nəfər artaraq 42 min 556-ya yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, son bir gündə 6 xəstə olmaqla, indiyədək 235 virus daşıyıcısı vəfat edib. Sağalanların ümumi sayı isə 18 514 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belaris   Koronavirus  





Xəbər lenti