ABŞ-da 1700-ə yaxın etirazçı saxlanıldı

  31 May 2020    Oxunub : 3126
 ABŞ-da 1700-ə yaxın etirazçı saxlanıldı
ABŞ-ın 22 ştatında afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar keçirilən etiraz aksiyalarında 1700-ə yaxın nümayişçi saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Saxlanılan şəxslərin sayının artacağı istisna edilmir.

Bildirilib ki, polis aksiyaları dağıtmaq üçün etirazçılara qarşı gözyaşardıcı qaz və rezin dəyənəkdən istinadə edib.

Qeyd edək ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ölkədə etirazlara səbəb olub.

Azvision.az

Teqlər: ABŞ   Etiraz   Aksiya