Almaniyada yoluxma və ölüm sayı artdı

Almaniyada yoluxma və ölüm sayı artdı
  01 İyun 2020    Oxunub:2294
Almaniyada son sutka ərzində 333 nəfər koronavirusa yoluxub, 11 xəstə ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox institutu məlumat yayıb.

Bildirilib ki, ötən müddət ərzində Almaniyada 181 815 nəfər koronavirusa yoluxub, 8511 nəfər ölüb, 165 mindən çox xəstə sağalıb.

Ən çox yoluxma Bavariyada (47 004), Şimali Reyn-Vestfaliya (38 046) və Baden-Vürttemberq (34 784) qeydə alınıb. Berlində yoluxma sayı 6816-dır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti