Özbəkistanda "COVİD-19"la bağlı son rəqəmlər

Özbəkistanda "COVİD-19"la bağlı son rəqəmlər
  01 İyun 2020    Oxunub:2602
Özbəkistanda koronavirusa yoluxanların sayı daha 39 nəfər artaraq 3662-yə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırda xəstəxanalarda 810 nəfər var, onlardan səkkizinin vəziyyəti ağır, birinin durumu həddindən artıq ağırdır. Bu günədək virusa yoluxmadan 15 nəfər ölüb.

Qeyd edək ki, Özbəkistanda karantin tədbirləri iyunun 15-dək uzadılıb. Amma iyunun 1-dən bəzi bölgələrdə sanatoriya və idman klublarının açılmasına, toy və şənliklərin keçirilməsinə icazə veriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Özbəkistan   Koronavirus  





Xəbər lenti