Peskov: “Putin özünü təcrid etməyib”

  01 İyun 2020    Oxunub : 2344
  Peskov:  “Putin özünü təcrid etməyib”
"Vladimir Putinin üz-üzə görüşlərinin sayı koronavirusa görə azalıb, amma bu, onun iş qrafikinə təsir göstərmir".
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin iş qrafikindən danışarkən deyib. O, bildirib ki, Putin özünü təcrid etməyib.

"Prezident fəal işləyir, onun üz-üzə və ya onlayn görüşləri olur. Bəlkə də prezidentin bölgələrin rəhbərləri, nazirliklərin rəhbərliyi və iri infrastruktur şirkətlərinin rəhbərləri ilə nə qədər telefon danışıqları apardığını təsəvvür edə bilməzsiniz. Putin lazım gələrsə, Kremldə olur, lazım gələrsə Novo-Ogaryovadakı iqamətgahında işləyir".

Kreml nümayəndəsi qeyd edib ki, Putinin iş günü səkkiz və ya on iki saatla məhdudlaşmır.

"Daha uzun və hər gün fasiləsizdir. Çünki ölkə yaşayır, iqtisadiyyat yaşayır, problemlər baş verir və bu, dövlət başçısının müdaxiləsini tələb edir. Buna görə də prezidentin təcrid olunduğunu söyləmək tamamilə yalnışdır",- deyə Peskov yekunlaşdırıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Putin   Rusiya