“Pole çudes”in baş prodüseri vəfat edib

“Pole çudes”in baş prodüseri vəfat edib
  01 İyun 2020    Oxunub:2373
Rusiyada populyar “Pole çudes” proqramının baş prodüseri Anatoli Qoldfeder vəfat edib.
Azvision.az “RİA-Novosti”yə iatinadla xəbər verir ki, bu barədə aparıcı, Qoldfederin yaxın dostu Leonid Yakuboviç məlumat verib.

Onun sözlərinə görə, ölümə səbəbin ürək çatışmazlığı olduğu ehtimal edilir. Məlumata görə, Qoldfeder uzun müddət imiş ki, xəstəxanada yerləşdirilib, bir neçə ay əvvəl ona leykoz diaqnozu qoyulub.

Həmçinin, baş prodüserin koronavirusa da yoluxduğu qeyd olunur. 69 yaşlı Qoldfeder 1998-ci ildən bəri proqramın prodüseridir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Veriliş  





Xəbər lenti