60-dan çox jurnalist koronavirusdan ölüb

   60-dan çox jurnalist koronavirusdan ölüb
  02 İyun 2020    Oxunub:3617
Rusiyada 400-dən çox jurnalist koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bildirib.

Onun sözlərinə görə, beş KİV əməkdaşı pandemiyanın qurbanı olub, bir çox jurnalistlər isə xəstəliyi yüngül formada keçirib.

Bundan əlavə, Vladimir Solovyov qeyd edib ki, indiyədək dünyada 60-dan çox mətbuat nümayəndəsi COVID-19 xəstəliyindən vəfat edib.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti