Gürcüstan ermənilər üçün sərhədlərini açmayacaq

 Gürcüstan ermənilər üçün sərhədlərini açmayacaq
  02 İyun 2020    Oxunub:2949
Gürcüstan Ermənistandan olan turistlər üçün sərhədlərini aça bilməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, ilk növbədə yaşıl ölkələrdən olan turistlər qəbul ediləcək: “Koronavirusun yüksək yayıldığı ölkələrdən, o cümlədən Ermənistandan gələn turistlər üçün sərhədi aça bilməyəcəyik. İlk növbədə yaşıl ölkələrdən olan turistlər qəbul ediləcək. Turizm şöbəsi bu istiqamətdə işləyir. Minimum riskli dövlətlərlə ikitərəfli müqavilələr təsdiq ediləcək.

Müəyyən prosedurlar hazırlanır. Məsələn, ölkəyə gəlmədən öncə turist hansı testdən keçməlidir. Artıq bir çox ölkələr bu qaydaları tətbiq edib. Nümunə üçün, Türkiyəyə müalicəyə gedən vətəndaşlarımız 48 saat əvvəl (sərhədi keçənə qədər) koronavirusa görə testdən keçməlidirlər. Gürcüstan sərhədini keçdikdən sonra turistlərin üzərində müəyyən bir müşahidə aparılacaq", - deyə Qamkrelidze vurğulayıb.

Daha əvvəl Gürcüstanın İsrail, Avstriya, Çexiya və Ukraynadan gələn turistlər üçün "təhlükəsiz bir dəhliz" qura biləcəyi deyilirdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Ermənistan  





Xəbər lenti