Əfqanıstanda partlayış, 7 mülki şəxs ölüb

Əfqanıstanda partlayış, 7 mülki şəxs ölüb
  02 İyun 2020    Oxunub:2630
Əfqanıstanın şimalındakı Kunduz əyalətinin Xan Abad rayonunda bombanın partladılması nəticəsində yeddi mülki şəxs ölüb, daha altı nəfər yaralanıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə rayonun rəhbəri Hayatulla Amiri bildirib.

Onun sözlərinə görə, hadisə "Taliban" hərəkatının nəzarətində olan ərazidə baş verib. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

“Taliban” qruplaşması hadisə ilə əlaqədar hər hansı açıqlama verməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti