Avropa İttifaqı Corc Floydun öldürülməsini pislədi

Avropa İttifaqı Corc Floydun öldürülməsini pislədi
  02 İyun 2020    Oxunub:2909
Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən boğularaq öldürülməsinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, Cozep Borrel Aİ-nin hər cür zorakılığı və irqçiliyi qınadığını söyləyib.

"ABŞ-dakı insanlar kimi biz də Avropada Corc Floydun ölümündən sarsıldıq. Dinc etiraz hüququnu dəstəkləyirik. İstənilən zorakılığa və irqçiliyə qarşıyıq. Əlbəttə, gərginliyin azalmasına çağırırıq", - deyə Borrel bildirib.

Xatırladaq ki, Corc Floydun öldürülməsi ilə bağlı ABŞ-da iğtişaşlarla müşayiət olunan geniş etiraz aksiyaları keçirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avropa-İttifaqı  





Xəbər lenti