Koronavirusdan sağalanların sayı 3 milyona çatır

  02 İyun 2020    Oxunub : 3349
 Koronavirusdan sağalanların sayı 3 milyona çatır
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 6 milyon 431 min 438 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 379 min 732 nəfərdir. İndiyədək 2 milyon 945 min 806 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirus   Pandemiya